top of page

Pinnertest

 

Sağlıqlı olduğunu düşünərək yediyimiz bir çox qıda, vücudumuz tərəfindən ifraz edilə bilmir. Nəticədə bir çox narahatlıq ve çəki problemi ilə qarşılaşa bilərsiniz. Qida intoleransı fərdidir və hər kəsdə fərqliliq göstərir. Qida intoleransı keçici ve qalıcı ola bilər. Bəzi qidalar və ya içkilər sizin çəkinizi artıra bilər vəya xəstələnmənizə səbəb ola bilər. İnkişaf edən tib qıda intoleransının çəki artımı ve müxtəlif xəstəliklər üzərində olduqca vacib təsiri olduğunu təsdiqləmişdir.


Pinnertest - qida intolerans testi, dünyanın ən yeni və ən inkişaf etmiş texnologiyalarını istifadə edərək keçici və qalıcı intoleransı ayırır və sizə sadəcə qalıcı intolerans nəticələrini verir.

 

Pinnertest dünyanın ən öndəgedən qida intoleransı texnoloqiyası olan microarray plus texnoloqiyasını istifadə edir.

Piylənmə və qida intoleransı arasındaki əlaqə nədir?

Sağlıqlı serotonin istehsalı üçün saqlıqlı həzm sisteminizin olması lazımdır. Qida intoleransı vücudda serotonin istehsalına mane olur.

Niyə çox  yeyirik?

Həm aclıq, həm də depressiya vacib bir problemə bağlıdır -vücudumuzda serotonin əksikliyi.
Serotoninin əhval-ruhiyyə üzərindəki təsiri uzun müddətdir bilinir, ancaq çox vacib bir təsiri daha vardır - bizə doyduğumuzu hiss etdirir. Elmi araşdırmalarla sağlam serotonin ifrazı olmayan insanların, ağır bir yeməkdən sonra belə doymadıqları isbat edilmişdir və bu insanların depressiyaya düşmə ehtimalı da sağlam insanlara nisbətən daha yüksəkdir
.

Serotonin vücudumuzda harda əmələ gəlir?

Çoxları serotoninin təkcə beyin tərəfındən ifraz edildiyini zənn edir, ancaq beyin serotoninin sadəcə  5% ifraz edir. Serotoninin 95% isə incə bağırsaqda əmələ gəlir.

 

Vücudda serotonin əskikliyinin səbəbləri nələrdir?

Orqanizmin ehtiyacı olan serotonin istehsalı üçün sağlam bir həzm sisteminə sahib olmaq vacibdir. Bağırsaqlarımızda iltihablanma mövcuddursa, serotonin istehsalı azalır və yan təsirlər ortaya çıxır.

Bəzi zülallar amin turşusuna parçalanmazsa nə baş verəcək?

Vücudumuzda müxtəlif fermentlərin olmaması, bağırsağ florasında pozuqluqlara və ya müxtəlif xəstəliklərə səbəb olur.

Bu hallar isə qidaların bağırsaqda düzgün amin turşularını meydana gətirəcək formada parçalanmasına mane olur və qidalar qana parçalanmadan keçir.

İmmun sistem bu qidaları yad maddə kimi qəbul edir.

Eynən bakteriya ya da virus kimi bunlar da immun sistemi işə salır və nəticədə immun sistem bu qidalara hücüm edir.

 

Bu hücum nəticəsində vücudda iltihablanma meydana gəlir və yan təsirlər ortaya çıxır.

 

CRP (C-reaktiv zülal) səviyyəsi yüksəlir, bu da halsızlıq, metabolizmanın yavaşlaması, bağırsaq problemləri kimi simptomlara yol açır.

 

Xəstənin eyni qidanı, fərgində olmadan, müntəzəm istifadə etdiyi halda bir çox xroniki xəstəlik inkişaf etməyə başlayır. 

 

Xülasə, qida intoleransı hər şəxs üçün müəyyən qidaları həzm etmə güçünü ifadə edir. Qida intoleransı keçici və ya qalıcı ola bilər.

Qida allergiyası.

Qida allergiyası əhalinin 2%-də rast gəlinən nadir xəstəliklərdəndir. Allergik reaksiyalar zamanı orqanizmin immun sistemi işğal olunduğunu zənn edərək allergiya törədən qidanı orqanizmdən atmaq üçün İgE anticisimləri yaradır.

 

Qida allergiyası orqanizmin immun sisteminin müəyyən bir qidaya qarşı göstərdiyi ani reaksiyadır və buna görə qida intoleransından fərqlidir. Bu cür reaksiyalarda orqanizmin immun sistemi bir qidanı səhvən təhlükəli bir maddə olaraq qəbul edir. Bu vəziyyət ümumiyyətlə bir neçə dəqiqə ərzində sürətli allerqik reaksiyaya səbəb olur. Yemiş və dəniz məhsullarına qarşı yaranan reaksiyalar bu cür allerqik reaksiyaların bir nümunəsidir. 

Qida intoleransı.

Allergiyanın əksinə, qida intoleransı,  çox rast gəldiyimiz, xəstəyə narahatçılıq yaratsa da, həyati təhlükə yaratmayan xəstəlikdir. Ancaq qida intoleransı bir çox uzun müddətli xəstəliklərə səbəb olan biolojik reaksiyalardan ibarət olan bir prosesdir. Qida allerqiyasından fərqli olaraq qida intoleransı zamanl IgE anticisimləri yerinə IgG anticisimləri yaranır. Qida intoleransı qida alerqiyasından daha çox rastgəlinən bir haldır və dünya əhalisinin 45%-də var.

Simptomları.

Qidalara qarşı yaranan reaksiyalar həyat üçün təhlükə yaratmasa da,şəxs özünü olduqca narahat hiss edir və bu onun həm iş, həm sosial həyatına mənfi təsir edir. Müəyyən bir qida və içkiyə (hər ikisinə eyni zamanda ola bilər) olan həssaslıq hər zaman tez əlamət verməyə bilər. Əlamətlərin ortaya çıxması bir neçə saatdan bir neçə günə qədər çəkə bilər.

Ən çox rast gəlinən əlamətlər: baş ağrısı, halsızlıq, miqren, həssas bağırsaq sindromu (İBS), şişkinlik, mədə yanması və dəri problemləridir.

Qida intoleransi ilə qida allergiyasi arasindaki fərq nədir?

Qida intoleransı və qida allergiyasının nə olduğu və aralarındakı fərqlər ən çox səhv salınan hallardır.

Bəzən qida allergiyası zənn edilən şəxslərdə əlamətlər qida intoleransını göstərir.

bottom of page