• Labor Group Limbak

Bəşəriyyət üçün ən böyük təhdid nədir?


Böyük Britaniyanın Times Higher Education jurnalı Fizika, Kimya, Fiziologiya (və ya Tibb) və İqtisadiyyat üzrə 50 Nobel mükafatı laureatlarının iştirak etdiyi bir sorğu keçirib. Jurnal alimlərə "Bəşəriyyət üçün ən böyük təhdid nədir? " "Elm bunu azaltmaq üçün nə edə bilər? "suallarını verib. Bəzi alimlər birdən çox cavab qeyd edib və sorğuya əsasən insanlıq üçün təhdidlər aşağıdakı kimi sıralanırdı:

Əhali artımı / ətraf mühitin pozulması (34%, 18 nəfər)

Nüvə müharibəsi (23%, 12 nəfər)

İnfeksiyon xəstəlik / dərman müqaviməti (8%, 4 nəfər) Eqoistlik / nifrət / insanlığın itkisi (8%, 4 nəfər) Cahil liderlər (6%, 3 nəfər) Süni intellekt (4%, 2 nəfər) Bərabərsizlik (4%, 2 nəfər) Dərmanlar (2%, 1 nəfər) Facebook (2%, 1 nəfər) Fundamentalizm / terrorizm (6%, 3 nəfər) Cəhalət /Həqiqətin təhrif edilməsi (6%, 3 nəfər)

Bu sorğunun nəticələrinə əsasən insanlıq üçün əsas təhlükə yaradan amillər nüfus artımı və iqlim dəyişikliyi (qlobal istiləşmə) kimi ətraf mühit məsələləridir. Ətraf mühit məsələlərinə toxunan alimlər, artan əhalini qida və su ilə təmin etmək üçün aparılan mübarizə və kənd təsərrüfatı məhsullarını artırma potensialını nəzərə alaraq genetik cəhətdən modifikasiya edilmiş məhsullara qarşı mübarizə mövzusunda narahatlıqlarını da qeyd etmişlər.

"Süni intellekt və robotların tətbiqi insan tədqiqatçılarına olan ehtiyacı azaldacaqmı?" sualına isə alimlərin yarısı "çətin ki", 24 % - "yox", 24 % - "bəlkə", 2% (1 nəfər) - "bəli" cavabı verib.

Qaynaq: http://www.dailymail.co.uk

53 views0 comments