top of page
  • Writer's pictureLabor Group Limbak

Qara çay artıq çəki ilə mübarizədə kömək edir


çay limbak

Los-Ancelesdəki Kaliforniya Universitetinin mütəxəssisləri bildirib ki, qara çay bağırsaqdaki bakteriyaları dəyişərək çəkinin azalmasına kömək edir.

Suzanne Henningin başçılıq etdiyi qrup qara çayın bağırsaq metabolitlərini dəyişərək qaraciyərdə enerji metabolizmasını dəyişdiyini aşkar ediblər.

Tədqiqatın nəticələri həm qara, həm də yaşıl çayların heyvanlarda bağırsaq bakteriyalarının nisbətini dəyişdiyini göstərdi: piylənmə ilə bağlı bakteriyaların sayı azalmışdır, normal bədən çəkisi ilə əlaqəli bakteriyaların sayı isə artmışdır.

Əvvəlki araşdırmalar göstərirdi ki, yaşıl çaydaki polifenol adlanan kimyəvi maddələr qaraciyərdə enerji mübadiləsini dəyişir. Yeni məlumatlar isə göstərir ki, kiçik bağırsaqda abzorbe olmaq üçün çox böyük olan qara çay polifenolları bağırsaq bakteriyalarının böyüməsini və qısa zəncirli yağ turşularının (qaraciyərdə metabolizmi dəyişən bakterial metabolitlərin növü) meydana gəlməsini stimullaşdırır.

yaşıl çay, qara çay, limbak

Yaşıl çayın kimyəvi maddəsi qan və diyər toxumalar tərəfindən əmildiyi üçün yaşıl çay polifenollarının daha təsirli olduğu və qara çaydaki bənzər birləşmələrə nisbətən sağlamlığımız üçün daha çox faydalı olduğu düşünülürdü. Henning bildirib ki, yeni nəticələrə görə qara çay bağırsaq mikrobiomasında müəyyən bir mexanizm vasitəsilə insanların sağlamlığına və çəki verməyə kömək edir. Üstəlik nəticələr göstərib ki, həm yaşıl, həm də qara çay prebiyotikdir, yəni insan sağlamlığına kömək edən mikroorqanizmlərin inkişafına səbəb olan maddələrdir.

qara çay, yaşıl çay, limbak labor group

Alimlər qeyd etdilər ki, yaşıl və qara çayın antioksidan xüsusiyyətləri ilə yanaşı hər ikisinin də bağırsaq mikrobuna güclü təsir göstərməyi də sağlamlıq üçün olduqca faydalıdır.

Tədqiqatçıların da qeyd etdiyi kimi, beləcə qara çay sevənlər üçün yeni bir faydalı səbəb ortaya çıxdı.

35 views0 comments
bottom of page