top of page
  • Writer's pictureLabor Group Limbak

Böyük qardaş/bacının olması körpə üçün qrip riskini artırır

Londondakı Uşaq Sağlamlığı İnstitutunun tədqiqatçıları, böyük bacısı və ya qardaşı olan 2 yaşa qədər körpələrin qrip olma ehtimalı olduqca yüksək olduğunu aşkar ediblər.

Pia Hardelidin başçılıq etdiyi ingilis tədqiqatçılar bildiriblər ki, valideynlər ailənin böyük uşaqlarına peyvənd vurdursalar, evin körpəsi mövsüm xəstəliklərindən daha yaxşı qoruna bilər.

xəbərlər limbak labor group

Tədqiqatçılar qeyd edib ki, qrip yenidoğulan körpələr üçün ciddi bir infeksiya halına gələ bilər, amma hal- hazırda 6 aydan kiçik körpələr üçün peyvənd vurulmur və infeksiya riskini minimuma endirmək üçün başqa yollar axtarmaq lazımdır.

Hardelid və əməkdaşları, oktyabr 2007-aprel 2015 tarixləri arasında Şotlandiyada doğulmuş təxminən 400.000 körpələrin məlumatlarını araşdırıb.

Laboratoriyada qrip testi keçirilərək hansı körpələrin müsbət test nəticəsi olduğunu araşdırıblar və bu nəticələri doğum ayı, böyük qardaş/bacının olması və sağlamlıq vəziyyəti kimi digər məlumatlarla müqayisə ediblər.

xəbərlər limbak

Nəticələr göstərdi ki, böyük qardaş/bacı ilə yaşayan 6 aydan kiçik körpələrin, böyük qardaş/bacısı olmayan körpələrə nisbətən, qrip şikayəti ilə xəstəxanaya gətirilmə ehtimalı iki dəfə çoxdur.

Bir böyük qardaş və ya bacısı olan 6 aya qədər körpələrin, böyük qardaş və ya bacısı olmayan körpələrə nisbətən, hər 1000 körpənin əlavə 1 dəfə xəstəxanaya gətirilməsi müşahidə olunub. İki qardaş və ya bacısı olan hər 1000 uşaq üçün isə əlavə 2 dəfə xəstəxanaya müraciət olunub.

İyul-dekabr aylarında doğulmuş körpələrdə riskin daha da yüksək olduğu müşahidə olunub, çünkü ilk ayları qrip mövsümünün başlanğıcına təsadüf edib. Anadangəlmə ürək qüsurları və ya xroniki ağciyər xəstəliyi kimi nadir xroniki vəziyyətlər də qrip şikayəti ilə xəstəxanaya yerləşdirmə riskini artırdığını göstərib. Uşaqlar respirator (tənəffüs sistemi) viruslarının çox effektiv yayıcısıdır. Araşdırmacılar qeyd edib ki, böyük qardaş/bacılar körpələr üçün ciddi infeksiya mənbəyidirlər.

Hardelid əlavə edib ki, valideynlər, körpənin hansı ayda doğulacağına çox müdaxilə edə bilmirlər, lakin qadınlar hamiləlik dövründə peyvənd olunaraq dünyaya gətirəcəkləri körpələrin qripə yoluxma riskini azalda bilərlər .

22 views0 comments
bottom of page