top of page
  • Writer's pictureLabor Group Limbak

Aktiv məşqlər damarların tıxanmasına səbəb ola bilər

İllinoys Universitetinin elm adamları bildirib ki, fəal şəkildə məşq edən kişilərin, daha orta dərəcədə edənlərdən fərqli olaraq, ürək arteriyalarında “ərpin” toplanılma ehtimalı 86% daha çoxdur.

Alimlər 3170-dən çox iştirakçıda fiziki fəaliyyəti müşahidə ediblər və koronar arteriya kalsifikasiyasını (CAC - coronary artery calcium) qiymətləndiriblər .

CAC ürək arteriyalarında kalsium yığılmasının klinik ölçüsüdür.

CAC'ların mövcudluğu və miqdarı həkimlər üçün əhəmiyyətli xəbərdarlıq əlamətidir, beləki CAC sayəsində pasientdə ürək xəstəliklərinin inkişaf etmə riski olduğu təyin edilir və bu da erkən mualicə üçün bir siqnal vəzifəsini görür.

Tədqiqatçılar 1985-ci ildən 2011-ci ilə qədər 25 il ərzindəki bir neçə tədqiqatların fiziki fəaliyyətinə aid bütün məlumatları təhlil ediblər.

Kişilərin fiziki fəaliyyətinə əsaslanaraq iştirakçıları üç ayrı qrupa böldülər:

  1. ilk qrupa həftədə 150 ​​dəqiqədən az məşq edən kişilər daxil edildi

  2. ikinci qrupa həftədə 150 ​​dəqiqə məşq edən kişilər daxil edildi

  3. üçüncu qrupa həftədə 450 dəqiqədən çox məşq edən kişilər daxil edildi

Aparıcı müəllif Deepika Laddu bildirib ki, yüksək fiziki fəaliyyət səviyyəsinin aşağı CAC səviyyəsi ilə əlaqəli olacağını görməyi gözləyirdik. Bunun əvəzinə, üçüncü qrupun iştirakçılarının və ya ən çox məşq edənlərin, onlardan daha az məşq edənlərlə muqayisədə 27% daha çox CAC ehtimalları var idi.

Alimlər vurqulayır ki: "Zamanla yüksək səviyyədə məşqlər damarlarda stress yarada bilər, bu da yüksək CAC səviyyəsinə gətirib çıxarır, ancaq bu tədqiqatda araşdırılmayan bir hal da var ki, atrerialarda bu “ərpin” yığımı daha sabit ola bilər və buna görə infarkt riski üçün daha az ehtimal təşkil edər. Ancaq bütün bu nəticələr fiziki məşqləri dayandırın demək deyil”.

22 views0 comments
bottom of page