• Labor Group Limbak

Alimlər xərçəngin erkən mərhələlərdə aşkarlanması üçün döymə yaradıblar !


Simptomlar olmadan və ya zəiflik və anoreksiya kimi qeyri-müəyyən simptomlar ilə keçən mərhələlərdə xərçəngin müəyyənləşdirilməsinə döymə kömək edəcək!

Alimlər erkən dövrdə bəzi xərçəng növlərinin inkişafını müəyyənləşdirməyə kömək edəcək bir döymə hazırlamışlar. Məgalə Science Translational Medicine dərc edilmiştir.

Döş, geniş bağırsaq, prostat və ağciyər kimi bəzi xərçəng növləri bədənin kalsium miqdarının artmasına səbəb olur. Buna görə tədqiqatçılar bu göstəricini izləmək qərarına gəldilər. Alimlər fərqli bir hücre yaradıblar və bu hüceyrələrdə kalsiumun uzun müddət artması ilə kalsium-həssas reseptor özünü göstərir. Bu reseptor melanin piqmentinin istehsalını sürətləndirən fermenti işə salır və bu bölgədəki dəri tündləşir.

Döymə - yəni dəri üzərinə yerləştirilmiş hüceyrə sensoru, simptomlar olmadan və ya zəiflik və anoreksiya kimi qeyri-müəyyən simptomlar ilə ortaya çıxan mərhələlərdə xərçəngi müəyyən etməyə kömək edəcək.

Alimlər deyirlər ki, belə bir döymənin yaranmasını çılpaq gözlə görmək mümkündür. Bu ixtira siçanlar və donuzlar üzərində sınaqdan keçirilmişdir, indiyə qədər yalnız prototip olaraq mövcuddur. Melanin istehsal üsulu bağırsaqlarında şiş olan donuzların, eləcə də sıçanların dərisində test edilmişdir. 38 gün müşahidə nəticəsində bu heyvanlarda heç bir xəstəlik simptomu aşkar olunmamışdı. Yeni sensor (döymə) isi patoloqiyanı aşkar edə bilmişdi.

limbak

Məqalədə qeyd edilir ki, hiperkalsemiya yalnız bəzi xərçəng növlərinin əlaməti deyil, digər patologiyaların da əlaməti ola bilər, ancaq döymələrin tündləşməsi insanların vaxtında müayinə olunmaqlarına səbəb ola bilər.

link: http://stm.sciencemag.org/content/10/437/eaap8562

23 views0 comments