top of page
  • Writer's pictureLabor Group Limbak

Ömrün uzadılması artıq realdırmı?


longevity, limbak labor group

ABŞ, Kanada və Yaponiyadan olan beynəlxalq alimlər qrupu, yaşa bağlı dəyişikliklərin bir çox amillərindən məsul olan SERPINE1 gen mutasiyalarının araşdırılmasının nəticələrini nəşr ediblər. Bu mutasiya nəticəsində əldə edilən "cavanlaşma effektini", yaşlanma tədqiqatının qabaqcıl mərkəzlərindən olan alimlər artıq oral müalicə preparatlarının köməyi ilə çoxaltmağa çalışırlar. Araşdırmanın nəticələri Science Advances-də dərc edilib.

longevity limbak

Normal şəraitdə, SERPINE1 geni yaşlanma prosesində əsas rol oynayan PAI-1 zülalının (Plasminogen activator inhibitoru-1) istehsalından məsuldur. Əvvəlki tədqiqatlar zamanı, PAI-1 protein istehsalında azalmanın heyvanlarda yaşlanma prosesinin yavaşlamasına səbəb olduğu, yaşa bağlı tipik xəstəliklərin riskini azaltdığı və ömrü uzatdığı təyin olunmuşdur. Uzun müddətdir elm adamları bu metodun effektivliyini insan üzərində test etmək imkanına malik deyildi. Lakin Amerika Birləşmiş Ştatlarının yerli əhalisində bu gen mutasyonunun müəyyənləşdirilməsi bioloqların eyni təsiri təsdiqləməsinə imkan verdi.

SERPINE1 geninin mutasiyası, İndiana ştatının Bern şəhəri yaxınlığında yaşayan Amish dini icmasının bəzi üzvlərində aşkar edilmişdir.

Amish-lərin qapalı həyat tərzi var, beləki onlar müasir texnologiyalardan imtina edirlər və "xarici dünya" ilə əlaqələrinin az olmağına çalışırlar. Uzun illərdir ki, onlar sadəcə eyni inancdan olan insanlarla ailə həyatı qururlar və buna görə onların cəmiyyəti nadir bir "genetik cəhətdən qapalı" insan əhalisi meydana gətirib. Bu cəmiyyətin, SERPINE1 geni mutasiyası olan üzvləri mutasiya daşımayanlarla müqayisədə ən az 10% daha çox yaşayırlar. Bu genetik xüsusiyyəti daşıyan insanların orta ömürləri 85 il idi, qalanı isə 71 ildən çox yaşamırdı. Bundan əlavə, bu qrup insanlarda diabet inkişaf riski az olduğu və qan damarlarının divarları daha uzun müddət elastik qaldığı aşkar olunmuşdu.

telomer bölgələr, limbak, laboratoriya

"Gec yaşlanma" haqqındaki bu məlumat onların telomer bölgələrinin (DNT molekulunun yaşa bağlı qısalan terminal hissələri) uzunluğu yoxlanıldığı zaman da təsdiqlənmişdi.

Artıq 30 ildir ki PAI-1 proteinini araşdıran tədqiqatın müəlliflərindən biri olan Dr. Douglas Vaughan qeyd edir ki: “Bu kəşf bizi çox təəccübləndirdi: ilk dəfədir ki, yaşlılığın qarşısını alan bir faktorun orqanizmin bir neçə sisteminə təsir etdiyini müşahidə edirik. Belə ki, bu qrupda yaşa bağlı dəyişikliklərə qarşı bir neçə “qoruma dərəcələri" aşkar edilib: telomer uzunluğu, damarların elastikliyinin qorunması, insulin istehsalının səviyyəsi. Bütün bunlar onların (Amish-lərin) ömrünü uzadır. Üstəlik, onlar sadəcə daha uzun yaşamırlar, sağlam da qalırlar – bu da məhz bizim nail olmaq istədiyimiz uzun ömürlülük formasıdır”.

Linklər:

42 views0 comments
bottom of page