top of page
  • Writer's pictureLabor Group Limbak

Spirtli içkilər xərçəng xəstəliyi riskini yüksəldir


İstehlak səviyyəsindən asılı olmayaraq spirtli içkilərin istifadəsi bir neçə növ xərçəng üçün risk faktorudur. Bu bəyanatı Amerika Klinik Onkoloji Cəmiyyəti (ASCO) yayınlamışdır.

ASCO ekspertlərinin topladığı tibbi məlumatlar nəticəsində yeni onkoloji xəstəliklərin yaranması və dünyada xərçəngdən ölənlərin 5-6% alkoqol istifadəsi ilə birbaşa bağlı olduğu aşkar edilib. Bu statistikalar böyük narahatlıq doğurur, çünkü ASCO tərəfindən bu ilin əvvəlində xərçəng xəstəlikləri ilə bağlı aparılan sorğu zamanı, sorğuda iştirak edənlərin 70% alkoqol istifadəsi ilə xərçəngin inkişaf riskini əlaqələndirmədiyi aşkar edilmişdir. ​​Xatırladaq ki, sorğuda 18 yaş və yuxarı 4016 kişi və qadın iştirak etmişdir. Onların əksəriyyəti, doğru olaraq, siqaret və günəş təsirinin xərçəng riski faktorları kimi qeyd etmişdilər (78% və 66%), buna baxmayaraq sadəcə 30% spirtli içkilərin belə təsiri ola biləciyini hesab edirdi.

ASCO-nun məlumatına görə, spirtli içkilər bir neçə ən çox rastlanan xərçəng növünün inkişaf riskini artırır. Spirtli içkilərdən istifadə, əsasən, onlarla birbaşa əlaqədə olan orqan və toxumalarda şiş yaranmasının riskini artırır: ağız boşluğu, boğaz, yemək borusu, mədə, qaraciyər və bağırsaq. Eyni zamanda, beyin xərçəngi və döş xərçəngi ilə əlaqəli olduğu da müşahidə edilib. Alkoqol istifadəsi həm də xərçəng müalicəsini yavaşlada bilər və ya mənfi təsir göstərə bilər.

ASCO prezidenti Bruce Johnson qeyd edib: “Yaxşı xəbər isə budur ki, bu statistik göstərici əslində xərçəngin qarşısını almaq üçün bizə fərqli bir yol daha göstərir. Neçə ki, insanlar günəş şüalarının təsirindən qorunmaq və xərçəng riskini azaltdığı üçün günəş kremini istifadə etməyə başladılar, eyni düşüncələrə əsaslanaraq spirtli içkilərdən də imtina etməlidirlər”.

47 views0 comments
bottom of page