top of page
  • Writer's pictureLabor Group Limbak

Tez tez və az az yemək lazımdır.

Pensilvaniya universitetinin alimləri aşkarlamışlar ki, qidanı gördüyümüz anda aclıq neyronlarımız "qapanırlar", amma yeyə bilmədiyimizdə bu neyronlar yenidən aktivləşirlər. Gün ərzində kiçik porsiyalarla yediyimizdə beynin qidanın görüntüsü və qoxusuna reaksiyası azalır. Buna görə də, bu çox yeməyə və piylənməyə qarşı effektiv mübarizə vasitəsidir.

Öncələri araşdırmaçılar hipotalamusda yerləşən AqRP neyronlarının iştahı kontrol etdiyini aşkar etmişdilər. Ac siçanlarda bu neyronların aktivliyi artmış olurdu. Qida qəbulu zamanı və ya qidanın qoxusunu aldıqlarında isə bu neyronların aktivliyi azalırdı. Neyronlar ancaq heyvanlar yeyə bildiklərində "qapalı" qalırdı. Tanımadıqları qidanın görüntüsü və rəngi (kalorisiz çiyələk geli) AqRP neyronlarının aktivliyinə təsir etmirdi. Bu qidanın qəbulundan sonra aktivlik sadəcə 200 saniyə azalırdı.

Yeni araşdırmalar göstərdi ki, siçanlara yemək verildiyində, neyronların aktivliyi o an azalırdı. Yemək vaxtı və sonra da bu aktivlik az olaraq qalırdı. Sonra mütəxəssislər kalorili gel istifadə etdilər. Bu halda neyronların aktivliyi uzun müddət az olaraq qaldı. Bir müddət sonra gel siçanlarda toxluq hissi ilə assosiasiya yaratdı və bu gelin görüntüsü və qoxusuna cavab olaraq AqRP neyronlarının aktivliyi azalmağa başladı. Bu metod artıq insanlarda da tətbiq olunur, amma tələb olunan doza bəzən ürəkbulanmaya səbəb olur.

Araşdırmacıların dediyinə görə, gəmiricilərə, qidanın həzmi müddətində ifraz olan hormonların kənardan verilməsi AqRP neyronlarının aktivliyini azaltmağa səbəb olurdu. Siçanlarda hələ ki, əks təsir görülməmişdir, çünkü alimlər kiçik dozalar tətbiq etmişlər.

Bu nəticələrə əsaslanaraq mütəxəssislər, az az və tez tez yeməyi məsləhət görürlər, çünkü bu, AqRP neyronlarının aktivliyini bir səviyyədə tutmağa kömək edir. Üstəlik, bu rejim qanda qlükozanın da qalxmasının qarşısını alır.

190 views0 comments
bottom of page