(+994 12) 408 96 37, (+994 12) 539 96 37 
(+994 70) 220 74 35, (+994 50) 220 74 35  

  • Fb
  • insta
  • LinkedIn - White Circle

Kazım Kazımzadə 123 Bakı/Azərbaycan

© 2014 LimBakLab. All rights reserved

18/01/2018

17/01/2018

16/01/2018

15/01/2018

Please reload

Son xəbərlər

OncoTRACE

January 18, 2018

1/8
Please reload

Seçilmiş xəbərlər

OncoDEEP

15/1/2018

OncoDEEP  analizi onkoloqlara müalicə ilə bağlı qərarları vermələri üçün köməklik edir.

 

Törəmə (şiş) təhlilləri üçün istifadə olunan mürəkkəb texnologiyaları (NGS, IHC, pirosekanslama v.s.) klinik ədəbiyyat dəyərləndirmələri ilə birləşdirərək, biomarkerlər və onların preparatlarla korreyasiyası ilə bağlı daha relevant məlumatlar təqdim edilir.

 

Bu sahədə müalicə ilə bağlı tibbi tövsiyyələr demək olar ki mövcud deyil, ancaq oncoDNA kompleks platforması müalicə ilə bağlı qərarların  alınmasında köməklik edir, və sizə aşağıdakiləri təklif edir:

  • Potensial klinik fayda ilə müalicə orientasiyası

  • Daha əvvəl nəzərə alınmayan müalicə metodlarının müəyyənləşdirilməsi

  • Potensial klinik faydası olamayan dərmanların təsbit edilməsi
    (beləliklə lazımsız zəhərli təsirlərdən və xərclərdən qacınmağı təmin edir)

  • Pasientin mövcud klinik sınaqlara uyğun olub olmadığınının təyin olunması


Niyə OncoDEEP unikaldır?

OncoDEEP, xərçəngin spesifik  diaqnoz  biomarkerlərinə yönəlik törəmənin molekulyar  profilləməsi analizləri arasında ən ekonomik effektiv analiz sayılır. Bu analiz çoxölçülü DNT/RNT və protein analiz vasitəsilə, xərçəngin xüsusi siqnal yollarının inteqrativ öyrənilməsinə əsaslanır və müalicə ilə əlaqəli əhəmiyyətli qərarlar qəbul etmək üçün ən faydalı məlumatları təmin edir.

 

Analizlər nəticəsində əldə edilən hesabatlar, interaktiv web platforma olan OncoSHARE  vasitəsilə bütün dünyada onkoloqlara göndərilir.
OncoSHARE - məlumatların mərkəzləşdirilməsi, onların əldə olunmasını asanlaşdırmaq və məxfiliyini təmin etmək məqsədi ilə xüsusi olaraq yaradılmış yenilikçi və patentli tətbiq  proqramıdır.

 

Nəticələrin əldə edilməsi üçün nə qədər vaxt lazımdır?

OncoDNA solid biopsiya nümunəsini aldıqdan sonra, biopsiyanın və bütün lazımlı informasiyanın keyfiyyətini yoxladıqdan sonra, 7 iş günü ərzində sizə tədqiqatların tam hesabatını göndərməyə qarantiya verir.

 

Bu analiz kimlər üçündür?

OncoDEEP, müalicədə qeyri-müəyyənliklər olduğu halda, solid xərçəngli yetkinlərdə istifadə üçün nəzərdə tutulmuştur:

  • Standart terapiya üçün bir neçə müalicə variantları

  • Başqa  xəstəliklərlə əlaqəli standart müalicə variantını nəzərdən keçirmək olmaz

  • Tibbi yardım standartları tükənmişdir

  • Xərçəngin olduqca aqressiv formaları

  • Nadir və ya daha az görülən şişlər

 

 

Please reload

Sosial şəbəkələrdə bizə qoşulun

Please reload