(+994 12) 408 96 37, (+994 12) 539 96 37 
(+994 70) 220 74 35, (+994 50) 220 74 35  

  • Fb
  • insta
  • LinkedIn - White Circle

Kazım Kazımzadə 123 Bakı/Azərbaycan

© 2014 LimBakLab. All rights reserved

18/01/2018

17/01/2018

16/01/2018

15/01/2018

Please reload

Son xəbərlər

OncoTRACE

January 18, 2018

1/8
Please reload

Seçilmiş xəbərlər

OncoTRACE

18/1/2018

OncoTRACE invaziv olmayan maye biopsiyasına əsaslanan analizdir, sərbəst sirkule edən şiş DNT`si vasitəsi ilə xəstənin müalicəyə reaksiya verməsinin fərdi və həssas nəzarət imkanını yaradır.

 

OncoTRACE sayəsində aşağıdakıları təyin edə bilərsiniz:

  • Təkrarlanan şişlər

  • Müqavimətin potensial mexanizmləri

  • Yeni müalicə variantları

Şəxsi OncoTRACE analizi niyə keçirilməlidir?
Xəstəliyin inkişafı zamanı hər bir metastatik klon inkişaf edir və molekulyar genotipi dəyişir, beləcə klinik problemlərin həllini çətinləşdirir. Doğru tibbi məlumat əldə etmək üçün, xəstənin şişinin molekulyar tərkibini təyin etmək və araşdırmaq üçün asanlıqla əlçatan və minimal invaziv bir üsula sahib olmaq arzu edilir. OncoTRACE şəxsi analiz nəticəsində xəstəliyin bütün şiddətini sadə bir qan testi ilə izləmək və sonraki müalicə üçün həll tapmaq mümkündür.

 

OncoTRACE analizi nə vaxt keçirilməlidir?
Nəzarət üçün - rəsmi tövsiyələr yoxdur, lakin ideal olaraq OncoTRACE analizi müalicənin ortasında və dərmanın son dozası verildikdən 2 həftə sonra keçirilməlidir. Daha sonra analizin keçirilməyi isə müalicəyə, xərçəng növünə və xəstənin anamnezinə bağlı olacaq. Hər üç ayda bir və ya onkoloq tərəfindən təyin olunan bir dövrdə kontrolun keçirilməsini tövsiyə edirik.

 

OncoTRACE niyə unikaldır?
OncoDNA solid (qatı) şiş sekanslaması əsasında ilk şəxsi maye biopsiya analizini təklif edir. Əsas panelə əlavə olaraq, xəstəliyin inkişafını nəzarət üçün 12-dən 15-ə qədər şişdən daha əvvəl təyin edilmiş variantlar istifadə edilir.

 

Nəticələrin əldə edilməsi üçün nə qədər vaxt lazımdır?
Maye biopsiya nümunəsini aldıqdan sonra, biopsiyanın və bütün lazımlı informasiyanın keyfiyyətini yoxladıqdan sonra, 7 iş günü ərzində sizə tədqiqatların tam hesabatını göndərməyə çalışırıq. Başqa bir platformada həyata keçirilən sekanslama məlumatlarına əsaslanaraq, zəhmət olmasa məlumatların birləşdirilməsi və cavabların hazır olması üçün əlavə 10 iş gününü də nəzərə alın.

Bu analiz kimlər üçündür?

Daha əvvəl sekanslaması həyata keçirilmiş böyüklərdəki metastatik solid şişlərin bütün növləri üçün.

 

Please reload

Sosial şəbəkələrdə bizə qoşulun

Please reload