(+994 12) 408 96 37, (+994 12) 539 96 37 
(+994 70) 220 74 35, (+994 50) 220 74 35  

  • Fb
  • insta
  • LinkedIn - White Circle

Kazım Kazımzadə 123 Bakı/Azərbaycan

© 2014 LimBakLab. All rights reserved

18/01/2018

17/01/2018

16/01/2018

15/01/2018

Please reload

Son xəbərlər

OncoTRACE

January 18, 2018

1/8
Please reload

Seçilmiş xəbərlər

Cavab lazım olduğunda Anora sizə kömək edir!

26/9/2017

Hamiləliyi düşük ilə nəticələnən bir çox qadın düşük səbəbini öyrənmək istəyir. Natera şirkətinin təqdim etdiyi Anora testi düşüklərin səbəbini təyin etməyə kömək edir. Test düşük materialından aparılır. Düşük səbəbini müəyyən etmək üçün dəqiq və hərtərəfli xromosom nəticələri əldə olunur.

Testdən əldə edilən nəticələr xəstənin emosional yükünü azalda bilər və bu məlumat gələcəkdə uğurlu hamiləlik şansını artıra bilər. Düşük səbəbi fetusda xromosom anomaliyası olaraq təyin olunarsa, valideynlər adətən təkrar hamiləlik ehtimalının aşağı olduğuna və bahalı tibbi prosedurlardan qaçınmalarına əmin ola bilərlər.

 

 

Anora test nələri təyin edir?

  • Əlavə və ya itən xromosom (Trisomiay 18, 13, 21).

  • Triploidiya – tamamilə əlavə xromosom dəsti ( 46 yerinə 69 xromosom)

  • Delesiyalar (silinmə) ya da duplikasiyalar (təkrarlanma) – xromosomların itən və ya əlavə olunan hissələri

  • Uniparental disomy (UPD) – bir xromosomun hər iki kopyası körpəyə bir valideyindən keçir, diyər valideyindən bu xromosom heç bir kopyası körpəyə keçmir.

 

Niyə məhz Anora testə müraciət etməlisiniz?

  • Anora düşük səbəbini müəyyən edə bilər

  • Düşük səbəbi olaraq xromosom problemlərini istisna edə bilər

  • Anora, maternal hüceyrə kontaminasiyasına səbəb olan maternal və fetal DNT-ni dəqiq ayıran ilk testdir

  • Anora xromosom anomaliyasının yumurta və ya spermadan meydana gəldiyini təyin edə bilir

  • Anoranın nəticələri tez bir zamanda sizə verilir - təxminən bir həftə.

Anora testini kim elətdirməlidir?

  • Düşük səbəbini öyrənmək istəyənlər

  • Birdən çox hamiləliyi düşük ilə nəticələnənlər

  • Xromosom anomaliyasına sahib uşağı olan və bu halın təkrarlanma risklərini müəyyən etmək istəyənlər

  • Və ya öncəki hamiləliyi xromosom anomaliyalı olan və bu halın təkrarlanma risklərini öyrənmək istəyənlər

 

Xromosom anomaliyalarını karyotipləndirmə ilə də təyin etmək mümkündür. Lakin, karyotipləndirmə nəticələri 2-5 həftə ərzində verilir, Anora isə 1 həftəyə. Karyotipləndirmə zamanı 10-40% nəticələrin çıxmaması riski var, Anora isə 99% hallarda Sizə nəticə verir. Karyotipləndərmə ana və qız fetusunu fərqləndirə bilmir, Anora isə, əyər ana qanı nümünəsi də verilibsə, hər zaman bu fərqi təyin edir.

 

 

 

 

 

 

Please reload

Sosial şəbəkələrdə bizə qoşulun

Please reload